Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL sərnişinlərə müraciət etdi

AZAL sərnişinlərə müraciət etdi

Tarix: 27 Mart 2020 12:51

Bakı. Trend:

AZAL sərnişinlərə müraciət edib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofisləri bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür:

"www.azal.az rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz".


Etiketlər:  AZAL sərnişinlərə müraciət etdi


RƏYLƏR