Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 14:05
Sosial şəbəkələrdə aktiv olan idmançı Kamil Zeynalı bu dəfə də əyləncəli videosu ilə gündəmə gəlib.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, koronavirusla əlaqədar evdə olan idmançı qab yuduğu yerdə dostunun kamerasına tuş gəlib:
"Bu nə günlərdir, düşmüşük?! Evdar kişilər olub getmişik. Bekarçılıqdan qonşuların qapısının qarşısını da süpürürəm ki, vaxt getsin, başım qarışsın. Səhər qonşunun kişisi ilə eyvanda paltar sərə-sərə söhbət edirik. Bir-birimizə yemək bişirməyi başa salırdıq. Allaha and olsun, real videodur. Dostum yemək bişirib keçib qəfil arxadan çəkdi məni. Mən də heç nə demədim".