Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Messi də Neymardan üstün deyil'' - Kafu

''Messi də Neymardan üstün deyil'' -  Kafu

Tarix: 27 Mart 2020 17:14

Braziliya millisinin sabiq futbolçusu Kafu həmyerlisi Neymarı təriflləyib.

Qol.az xəbər verir ki, o, millinin hazırkı liderini dünyanın ən yaxşısı adandırıb. Keçmiş müdafiəçi hesab edir ki, PSJ-nin hücumçusu ustalıq baxımından "Barselona"nın kapitanı Lionel Messidən də güclüdür. Lakin yığmanın keçmiş kapitanı Neymarda liderlik bacarığının olmadığını bildirib:

"Bacarıq baxımından dünyada heç bir oyunçu Neymardan üstün deyil.  Hətta Messi də. Baxmayaraq ki, argentinalını sevirəm. Neymar meydanda fərqlənməyi bacarır. Məsuliyyəti üzərinə götürməlidir. Onda çatışmayan cəhət liderlik bacarığının olmamasıdır. Neymar Braziliyanın ümididir. O, rəqibin səkkiz futbolçusunu geridə qoymağı bacarır. Bu, Neymarın yadplanetli olduğunu sübut edir".
 


Etiketlər:  Messi Neymardan üstün deyil Kafu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ