Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 08:00
Bakı. Trend:
Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində şirkətin baş direktoru Bilal Ekşi yazıb.
B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".
Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək.