Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 02:04
Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.
O, Rüştünün xəstəxanaya yerləşdirildiyini bildirib: "Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, qeyd edib.