Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 15:54
Bakı. Trend:
Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin bir-neçə küçə və prospektində (Ziya Bünyadov pr-ti, Mikayıl Müşfiq küç.) orta təmir işləri aparılıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gələn ərazilərdə görülüb.
Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 10 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.
Anoloji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.