Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 19:32
"Tottenhem"in hücumçusu Harri Keyn London təmsilçisindən ayrılacağı haqda xəbərlərə münasibət bildirib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, ingilis hücumçu İnstagram hesabında Premyer Liqa klubundan ayrıla biləcəyini istisna etməyib:
"Məndən gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardan biridi. Klubu sevirəm, ancaq bir komanda olaraq və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman burada qalmayacağam. Mən iddialı futbolçuyam".
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.