Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib

ABŞ-da ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib

Tarix: 31 Mart 2020 08:24

Bakı. Trend:

ABŞ-da ilk dəfə yeni növ koroanvirusdan (COVİD-19) hərbçi dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin müdafiə naziri Mark Esperin Pentaqonun saytında yerləşdirilən bəyanatında deyilir.

Qeyd edilir ki, Nyu-Cersi ştatından olan hərbçi marıtn 21-i koronavirus səbəbilə xəstəxanaya yerləşdirilib, martın 28-i isə dünyasını dəyişib:

"Bu, bizim hərbi cəmiyyətimiz üçün ağır itkidir, və biz onun ailəsinə, dostlarına, mülki həmkarlarına və bütün Milli Qvardiyaya başsağlığı veririk. Bu itki barədə xəbər bizi COVİD-19-un yayılmasının qarşısını almaq üçün müəssisələrərarası tərəfdaşlarımızla daha da yaxından işləmək üzrə qərarlığımızı gücləndirir".

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.


Etiketlər:  ABŞ dəfə koronavirusdan hərbçi dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ