Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 11:04
Bakı. Trend:
İndoneziya koronavirus pandemiyası ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün ölkəyə girişi bağlayır.
Trend-in məlumatına görə, bunu ölkənin Xarici İşlər naziri Retno Marsudi deyib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxmanın əsas mənbəyi xarici ölkələr, xüsusilə də Avropa və ABŞ-dan gələnlərdir.
Sərhədlərin bağlı qalacağı müddət açıqlanmayıb.
Qeyd edək ki, bugünədək İndoneziyada 1 414 nəfər koronavirusa yoluxub, 122 nəfər virusun qurbanı olub.