Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 12:18
Bakı. Samir Əli - Trend:
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir: " Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır.
Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".