Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 12:20
Rusiyalı alimlər koronavirus və piylənmə arasında əlaqəni müəyyən ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" xəbər yayıb.
Məlumata görə, yoluxucu və xroniki xəstəliklər zamanı bədən kütləsi indeksi insanın yaşaması ilə birbaşa əlaqəlidir: indeks nə qədər yüksək olsa, ürək-damar xəstəliyi və ya ikinci tip diabet xəstəliyinə tutulma ehtimalı bir o qədər çox olar.
Virusoloqlar və dietoloqlar piylənmə ilə bağlı problemi olan insanlarda COVID-19 epidemiyasının gedişatının daha ağır olacağını düşünürlər.