Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda daha 141 nəfər koronavirusdan öldü

İranda daha 141 nəfər koronavirusdan öldü

Tarix: 31 Mart 2020 13:48

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində yeni koroanvirus (COVID 19) nəticəsində 141 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə indiyədək İranda virusdan ölənlərin sayı 2 898 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində İranda 3 111 nəfər koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 44 606 nəfərə yüksəlib.

Cahanpur hazırda İranda 3 703 nəfər virus daşıyıcısının vəziyyətinin ağır olduğunu qeyd edib. İndiyədək 14 656 nəfər virusdan sağalıb. Bu günədək İranda 65 milyondan çox şəxs yeni koronavirus testindən keçib.


Etiketlər:  İranda daha nəfər koronavirusdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ