Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu xəstələr də KORONAVİRUSA YOLUXA BİLİR - ALİMLƏRDƏN AÇIQLAMA

Bu xəstələr də KORONAVİRUSA YOLUXA BİLİR - ALİMLƏRDƏN AÇIQLAMA

Tarix: 1 Aprel 2020 22:00

ABŞ-ın Stenford Universiteti Tibb Mərkəzinin mütəxəssisləri şiddətli kəskin respirator sindromu (SARS-koronavirusun bir növü) xəstələrinin koronavirusa yoluxmayacağı iddiasının yalan olduğunu bildiriblər.

"Ölkə.Az" xəbər verir ki, onların sözlərinə görə, COVID-19-a yoluxmuş xəstələr digər tənəffüs xəstəliklərinə də yoluxa bilir.

Bundan əlavə, kəskin respirator virus infeksiyaları əlamətləri ilə xəstəxanaya yerləşdirilən on nəfərdən biri koronavirusdur.

Qeyd edək ki, koronavirus əsasən heyvanlarda xəstəlik törədən və nadirən insanlara yoluxa bilən infeksiya qrupuna aiddir. Öncə heyvandan insana sonra isə insandan-insana keçməklə xəstəlik törətmə qabiliyyəti əldə edərək cəmiyyətdə öncə MERS-CoV, SARS-CoV infeksiyaları kimi narahatlıq doğurmuşdu. Hazırda dünyaya yayılan və pandemiya hesab edilən, COVİD - 19 xəstəliyinə səbəb olan virus isə SARS-CoV-2 adlanır. SARS-CoV-2 virusu bir betakoronavirusdur və MERS-CoV ilə SARSCoV viruslarına bənzəyir. (ölkə.az)

Milli.Az


Etiketlər:  Bu xəstələr KORONAVİRUSA YOLUXA BİLİR ALİMLƏRDƏN AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ