Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür - STATİSTİKA

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür - STATİSTİKA

Tarix: 1 Aprel 2020 23:15

İtaliyada koronavirusa yoluxanlar və ölənlərlə bağlı hesabat hazırlanıb.

Sonxeber.net redaktor.az-a istinadən bildirir ki, hesabatda ölüm nisbəti, yoluxanların yaşı, yoluxma səbəbləri və digər məqamlar öz əksini tapıb. Məlumata görə, ölkədə koronavirusa yoluxanların 55,7%-i kişidir.

Ölkədə koronavirusdan ölüm nisbəti artıb və 10,6-ya çatıb.

Koronavirusdan ölən 10 min 26 nəfərin 95%-nin yaşı 60-dan çoxdur. Cəmi 0,02% isə 20-29 yaş arasında olan şəxslərdir.

Xəstəlikdən sağalmanın ən az olduğu ehtimal 80 və daha artıq yaşda olan insanlardır.

Koronavirusdan dünyasını dəyişənlərdən 73,5%-də hipertansiyon qeydə alınıb. Diabet və ürək çatışmazlığından əziyyət çəkənlər də xəstəliyin əsas qurbanları hesab olunurlar.

Ölənlərin arasında hər hansı xəstəliyi olmayanlar 2,1% təşkil edir.


Etiketlər:  Koronavirus çox xəstəliklərdən əziyyət çəkənləri öldürür STATİSTİKA


RƏYLƏR