Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 00:16
Bakı. Trend:
İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəlikdən və onun fəsadlarından ölənlərin sayı sutka ərzində 727 nəfər təşkil edərək 13155 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.
A.Borrelli deyib: "Sağalanların sayı 16,847 nəfərə çatıb. Bu göstərici ötən günə nisbətən 1 118 nəfər çoxdur. Ölənlərin sayı - 727 nəfərdir. Hal-hazırda 80 572 nəfər yoluxub ki, bu da ötən günə nisbətən 2 937 nəfər çoxdur".
Epidemiyanın başlandığından bəri yoluxanların, o cümlədən ölü və müalicə olunanların ümumi sayı 110 574 nəfər təşkil edib.