Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-nı Trampa bənzətdi

UEFA-nı Trampa bənzətdi

Tarix: 2 Aprel 2020 13:12

"Ayaks"ın idman direktoru Mark Overmars Niderland Futbol Federasiyasının liqaları avqustun 3-nə kimi  tamamlamaq planını tənqid edib.
 
Qol.az xəbər verir ki, o, "Telegraaf" nəşrinə müsahibəsində bu ideyanı narazılıqla qarşıladığını bildirib. Klub rəsmisi Avropa ölkələrinin UEFA-ya təzyiq etdiyini də söyləyib:

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir? Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim, amma UEFA-nın arxasında gizlənirlər. Niderlan teleyayım gəlirlərinə İspaniya, İngiltərə, İtaliya, Almaniyadakı qədər asılı deyil. Məncə, böyük ölkələr nəyin bahasına olursa-olsun, matçları keçirmək üçün UEFA-ya təzyiq etdilər. UEFA da bundan yararlanır. Çünki Çempionlar Liqasını keçirməmək milyonlarla avro itkisi deməkdir".

M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da bir həftə öncə "iqtisadiyyat koronavirusdan daha önəmlidir" demişdir. Niderlandda hər gün 100-dən çox insan koronavirusdan ölür".

 


Etiketlər:  UEFA Trampa bənzətdi


RƏYLƏR