Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 18:30
Azərbaycanda Avropadan fərqli olaraq vəziyyət, o cümlədən epidemioloji durum nəzarət altındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı hərbi-siyasi analitik, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.
Onun sözlərinə görə, karantin əlac deyil, amma bu addım milli səhiyyə sisteminin səfərbər edilməsi, maddi-texniki bazanın yaradılması və resursların təmin olunması üçün vaxt yaradır:
"Avropa İttifaqı üzvlərinin, NATO ölkələrinin antivirus tədbirlərinin əlaqələndirilməsinin mövcud olmaması və milli səhiyyə təşkili sistemində fərqlərlə əlaqədar biz bu ölkələrdə fərqli epidemioloji vəziyyətləri müşahidə edirik. Ona görə də bu gün karantin koronavirusla mübarizə üzrə növbəti addımların hazırlanması üçün müəyyən sabitliyi mühafizə etməyə imkan verən amildir. Rusiyada və Azərbaycanda sovet sanitar-epidemioloji xidmətin əsasları qaldığı üçün bu ölkələrdə vəziyyət Avropadan fərqli olaraq nəzarət altındadır".
Politoloq bildirib ki, bu gün dünya dəyişməyib, amma beynəlxalq münasibətlərin formalaşmasının landşaftı kəskin dəyişir:
"Müvafiq olaraq, qarşımızda belə bir sual dayanır: Biz bu pandemiyadan necə çıxacağıq? Nə və necə dəyişəcək? Gələcəkdə müsbət və ya mənfi nələr olacaq? Məhz bu suallar siyasi elitaları, ekspertləri, ictimaiyyəti düşündürür".
A.Tixanski əlavə edib ki, koronavirus pandemiyası və onun gətirdiyi iqtisadi çətinliklər hamını "hər kəs özü üçün" prinsipi ilə fəaliyyət göstərməyə vadar etdi:
"Koronavirus pandemiyası insanın informasiya əsrində nə dərəcədə həssas olduğunu nümayiş etdirdi. Çünki milyonlarla insanın əsas informasiya mənbəyi olan KİV-lər pandemiyanı müşayiət edən psixo-sosial isteriyanın əsas daşıyıcılarıdır".