Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 15:42
Bakı. Trend:
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.
FHN-dən Trend-ə verilən məlumata görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Xüsusi karantin rejimində texniki baxış müddəti bitən kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.