Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 13:08
"İnter" baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb.
Qol.az-ın xəbərinə görə, bu barədə A seriyası klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2017-ci ildən "İnter"i çalışdırırdı. O, komanda ilə heç bir kubok qazana bilməyib. Ancaq İtaliya təmsilçisi Spalettinin rəhbərliyi altında ardıcıl 2 il Çempionlar Liqasında oynamağa vəsiqə qazanıb.
Əlavə edək ki, yeni baş məşqçi vəzifəsinə Antonio Kontenin təyin olunacağı gözlənilir.