Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 13:18
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanda 1 trilyon kubmetrə yaxın aşkar olunmamış qaz ehtiyatları var.
Trend-in məlumatına görə, bunu Qaz İxracatçıları Forumunun baş katibi Yuri Sentyurin Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.
O bildirib ki, ölkədə 1,4 trilyon kubmetrdən çox təsdiq olunmuş qaz ehtiyatları var:
“Ehtimal olunur ki, aşkar olunmamış qaz ehtiyatlarının həcmi 1 trilyon kubmetrə bərabərdir. Ölkə Xəzər regionunda vacib qaz tədarükçüsünə çevrilir və ixrac potensialını fəal şəkildə genişləndirir".
Baş katib hesab edir ki, “Abşeron” yatağının işlənilməsinin birinci mərhələsi 2023-cü ildə başlayacaq, 2025-ci ilədək isə burada hasilat beş milyard kubmetrə çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin