Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək

Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək

Tarix: 4 Aprel 2020 22:40

Bakı. Trend:

Bu ay Azərbaycanda banklar və sığorta şirkətləri maliyyə bazarlarına nəzarət orqanına (Azərbaycan Mərkəzi Bankı) haqq ödəməyəcəklər.

Trend-in məlumatına əsasən, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd pandemiyanın mənfi təsir etdiyi maliyyə sektoruna əlavə dəstək verməkdir.


Etiketlər:  Azərbaycanda banklar sığorta şirkətləri haqq ödəməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ