Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 15:20
İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi gələcəkdə futbol ulduzları ola biləcək dünyanın 15 ən perspektivli oyunçusunun siyahısını tərtib edib. Argentinalı seçimini kiçik şərhlərlə əsaslandırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Messi dünya futbolunun potensial ulduzları ilə bağlı fikirlərini "Give me sport" portalı ilə bölüşüb.
Trent Aleksandr-Arnold ("Liverpul") - bu, əla hücuma keçə bilən müdafiəçidir.
Kristian Pulişiç ("Çelsi") - onun əla balansı və çevikliyi var.
Meyson Maunt ("Çelsi") - gördüklərimdən çıxış etsək, o, ən yaxşılardan biri olmağı bacaracaq.
Fil Foden ("Mançester Siti") - böyük istedadı var. O, oyun zamanı inanılmaz şeylər edə bilir.
Ceydon Sanço ("Borussiya" Dortmund) - driblinqi zamanı müdafiəçiləri keçmək bacarığı heyrətləndirir.
Luka Yoviç ("Real") - məftunedici oyunçudur. O, mümkün olmayanı mümkün edir.
Kay Haverç ("Bayer") - onun rəqib qapısı önündə soyuqqanlılığı heyrətləndirir... və özü də yaşının az olmağına baxmayaraq.
Eder Militao ("Real") - fövqəladə istedad, sərt rəqib.
Usman Dembele ("Barselona") - onun məşqlər zamanı cəldliyi qorxudur.
Ussem Auar ("Lion") - topu idarə edərkən o, həmişə sakitdir. Müstəsna texnikaya malikdir.
Frenki De Yonq ("Barselona") - yaşıdlarının arasında ən istedadlı top ötürəndir.
Joau Feliş ("Atletiko") - hazırda dünyanın ən maraqlı gənc futbolçularından biridir.
Kilian Mbappe ("Pari Sen-Jermen") - çox təhlükəli oyunçudur, cəlddir və hücumlarını bitirməyi bacarır.
Yozua Kimmix ("Bavariya") - çox istedadlı müdafiəçidir, nəticələr verən çoxlu ötürmələr edir.
Benjamen Pavar ("Bavariya") - əla müdafiəçidir. O, qapıya çoxlu top vurmağı bacarır.