Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efiopiyada koronavirusdan ilk ölüm qeydə alınıb

Efiopiyada koronavirusdan ilk ölüm qeydə alınıb

Tarix: 5 Aprel 2020 21:08

Bakı. Trend:

Efiopiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Li Tadess deyib.

Onun sözlərinə görə, koronavirusdan 60 yaşlı qadın dünyasını dəyişib.

Bundan əlavə, Səhiyyə Nazirliyi həmçinin daha 5 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 43 nəfərə çatıb.


Etiketlər:  Efiopiyada koronavirusdan ölüm qeydə alınıb


RƏYLƏR