Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib

Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib

Tarix: 6 Aprel 2020 01:04

Bakı. Trend:

Britaniyalı baş nazir Boris Conson koronavirus infeksiyası ilə əlaqədar analizlərin verilməsi üçün xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər yayıb.

"Baş nazir həkimlərin məsləhəti ilə xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır", - məlumatda deyilir.

B.Conson koronavirusa martın 27-də yoluxub və hazırda ölkəyə rəhbərlik etməyə davam edir. Onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası xarici işlər naziri Dominik Raaba verilməlidir.


Etiketlər:  Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib


RƏYLƏR