Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 15:20
Bakı. Trend:
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun prezident Rəcəb Tayyib Ərdoğanın “Biz bizə yetərik Türkiyəm” çağırışıyla başlatdığı milli həmrəylik kampaniyası ilə bağlı bir video paylaşıb.
Trend-in məlumatına görə, Altunun “Twitter” hesabından paylaşdığı videoda boş və səssiz küçələrlə yanaşı, evlərində vaxt keçirən vətəndaşlar nümayiş etdirilərək, həyatın dayanmadığı və darıxdığımız həyat səsinin evlərdən yüksəldildiyi bildirilir.
“Ehtiyacı olan evlərin səsinə səs, həyatlarına həyat qatmaq üçün ‘biz bizə yetərik’ deyən vətəndaşlarımızın töhfələri dövlət vasitəsilə ehtiyac sahiblərinə çatdırılır” sözləriylə davam edən videoda dövlətin köməyinə ehtiyacı olan evlərin şorbasının dövlətdən, duzunun, bibərinin isə millətdən olduğu deyilir.