Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 20:42
UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin ölkəsinin "Ekipa" qəzetinə müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibə zamanı A Seriyası rəsmilərinin liqanın bərpa oluna biləcəyi ilə bağlı səsləndirdiyi fikri şərh edib: "A Seriyası tamamlana bilər. Ancaq hazırda buna söz və ya zəmanət verə bilmərəm. A Seriyası UEFA-nın səlahiyyətlilərinin bir parçası deyil. Amma insanların həyatını təhlükə altında qoymayacağımızı deyə bilərəm. Hökümət bizə yaşıl işıq yandırdığı zaman hər liqa üçün uyğun bir çıxış yolu tapmağa çalışacağıq".
A.Çeferin İngiltərə Premyer Liqasında lider "Liverpul"un ən yaxın izləyicisi ilə arasındakı 25 xallıq fərqdən də danışıb: "Liverpul"un titulsuz qalacağını düşünmürəm. Onsuz da Premyer Liqanı qazanmağa yaxın idilər".
UEFA prezidenti liqaların bərpa olunmaması variantı haqda da fikirlərini bildirib: "Əgər yenidən oynaya bilməsək, o zaman hər liqaya öz çempionunu elan etmək tövsiyəsi olunacaq".
Çeferin Çempionlar Liqasında mümkün format dəyişikliyi ilə bağlı isə bunları deyib: "Çempionlar Liqası eyni formatla başa çatacaq".