Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb''

''Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb''

Tarix: 7 Aprel 2020 11:44

Dövlətimizin mövcud təhlükəyə reaksiyası adekvatdır. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Ölkə başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən C.Xəlilov dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb:

"Prezident İlham Əliyevin koronavirus təhlükəsindən qorunmaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyi, ciddi önləmlər aldığı hər kəsə məlumdur. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirməkdədir.

Bildiyiniz kimi, aprelin 20-nə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.

Koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Hansı ki, bu müəssisədə gündəlik 120 min maska istehsal ediləcək ki, bu da nəinki daxili tələbatı ödəməyə, həm də bu maskaların ixracına imkan yaradacaq.

65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır.

Bundan başqa, son vaxtlar koronavirus təhlükəsi ilə əlaqədar olaraq müxtəlif cinayətlərə görə məhkum edilən yaşlı şəxslərin azad edilməsi yönündə də addımlar atılmaqdadır. Bu addımlardan biri kimi, bu gün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhkumun əfv edilməsi faktını göstərmək olar. Bu, bir daha ölkə başçısının vətəndaşlara olan həssas, duyarlı münasibətini təcəssüm etdirir, ölkə başçısının humanizmindən xəbər verir.

Hesab edirəm ki, ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə öz töhfəsini verəcək və xalqımız bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək".


Etiketlər:  Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından itki ilə çıxmasına hesablanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ