Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 13:32
Bakı. Trend:
Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!" videoçarxı yayıb.
Trend-in məlumatına görə, ilin 365 günü 24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC koronavirus epidemiyası olmağına baxmayaraq fasiləsiz olaraq işini davam etdirir.
“Azərenerji” ASC tabeliyindəki müəssisələrdə virusun yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinfeksiya işlərini həyata keçirməklə yanaşı #evdəqal aksiyasına dəstək verərək növbəti videoçarx yayımlayıb.
Videoçarxda əməkdaşların fasiləsiz olaraq növbəli iş prinsipi ilə çalışması fonunda əhaliyə “Biz sizin üçün işləyirik, siz bizim üçün evdə qalın”! müraciəti edilir.