Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 13:52
Bakı. Trend:
Yaponiyanın Baş naziri Şinzo Abe paytaxt Tokioda, Osaka şəhərində, eləcə də digər 5 prefekturada fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, fövqəladə vəziyyət aprelin 8-də qüvvəyə minəcək.
Bu qərarın bir ay müddətində qüvvədə olacağı deyilir.
Qərara əsasən, prefekturaların qubernatorları məktəbləri və iş yerlərini bağlaya biləcək.
Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.
Bütün dünyada bu virusdan ölənlərin sayı isə 75 min nəfərə yaxındır.