Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 16:00
Bakı. Trend:
Ermənistanın sabiq prezidenti Robert Koçaryan hazırkı baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryan böhtan nəticəsində şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib.
İddia aprelin 3-də Yerevan məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, R.Koçaryan 2018-ci ilin sonlarında həbs olunmuşdu. O, 2008-ci ildə etiraz aksiyalarını dağıdılmasında ittiham olunub.