Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya" Müllerlə yeni müqavilə imzaladı - FOTO

Tarix: 7 Aprel 2020 17:42

"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki,  Münhen təmsilçisinin yetirməsi olan Müller 2007-ci ildən əsas komandada oynayır. O, bu mövsüm 25 oyunda 6 qol vurub, 16 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Bavariya Müllerlə yeni müqavilə imzaladı FOTO


RƏYLƏR