Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 01:28
Bakı. Trend:
İraqın Kərkük şəhərində ardıcıl 6 partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 6 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Bildirilir ki, partlayıcı qurğular şəhərin müxtəlif küçələrində işə salınıb.
İraq Silahlı Qüvvələrinin mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə 8 partlayıcı qurğu olub, onlardan 2-si zərərsizləşdirilib.
Hadisə yerlərində təcili yardım briqadaları və xilasedicilər işləyir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin