Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

Bakıda 8 nəfər metil spirtindən zəhərlənərək ölüb

Tarix: 8 Aprel 2020 15:30

Ötən ay metil spirtindən zəhərlənmə ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 13 nəfər müraciət edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə şöbə müdiri Azər Maksudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfər dünyasını dəyişib:

"Bu müddət ərzində dəm qazından 11 nəfər zəhərlənib. Onlardan 3 nəfər xəstəxanaya stasionar qəbul edilib, 8 nəfər isə ambulator müayinədən sonra evə buraxılıb. Mart ayında 3 nəfər sirkə turşusundan zəhərlənib, 6 nəfər isə allergik reaksiya ilə əlaqədar xəstəxanaya qəbul olunub. Həmin şəxslərdən ölən olmayıb".


Etiketlər:  Bakıda nəfər metil spirtindən zəhərlənərək ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ