Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 16:51
Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Xəzər rayonunda yaşayan tənha və kimsəsiz insanların, aztəminatlı ailələrin evlərinə mütəmadi olaraq baş çəkir, onlara zəruri ərzaq yardımları edilir.
Trend-in məlumatına görə, 8 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və Millət Vəkili Rauf Əliyevin qərərgahının üzvləri tərəfindən Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya maddi ehtiyacı olan yüzlərlə rayon sakinini əhatə edib.
Ərzaq paylarını qəbul edən rayon sakinləri bu xeyirxah addıma görə, ölkə rəhbərliyinə və Azərbaycan dövlətinə minnətdarlığını bildiriblər.