Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 18:18
Bakı. Samir Əli - Trend:
Bakıda vətəndaşlara saxta icazə alan şəxslər cəzalandırılacaq.
Trend-in məlumatına görə, bunu Nazirkər Kabinetinin mətbuat xidmərinin rəhbəri İbrahim Məmmədov deyib:
"Avtobuslarda sıxlıq yaranmaması üşün evdə qalmaq lazımdır. DİN-in də məlumatıarından görünür ki, ölkə üzrə 3073 nəfərə cəza tədbiri görülüb. Karantin qaydalarına əməl olunmur. Kifayət qədər avtobus var və ehtiyat avtobuslar var. Bundan əlavə, qanunsuz yollarla icazə alma halları da var. İş yerlərinə öz əməkdaşlarının 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib. Amma bəzi təşkilatlar əməkdaşlarına ehtiyac olmadığı halda icazə alırlar. Küçədəki avtobuslar karantin rejiminə uyğun olaraq xəttə buraxılıb. Hansı təşkilatlar ki, saxta vəsiqələrlə vətəndaşlara icazə alırsa, bunlar nəzarətdədir və tədbir görüləcək".