Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 23:30
Koronavirusa yoluxma hallarının yarısında heç bir simptom olmur.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, mütəxəssislər İslandiyadan, İtaliyanın karantin altındakı Vò şəhərindən və Yaponiyadakı Diamond Princess kruiz gəmisindən topladıqları məlumatları təhlil ediblər.
Tədqiqatda yeni tip korona virusunun (Covid-19) xəstələrinin yarısında, daşıyıcı olmasına baxmayaraq quru öskürək, qızdırma və oxşar simptomların olmadığı məlum olub.
Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər yalnız simptomlardan şikayət edənlərin test yoxlanışının koronavirusla mübarizə üçün kifayət etmədiyini bildirib.