Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 10:54
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva İctimai Televiziyada yayımlanan "3D" verilişinin qonağı olub.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, efirə görüntülü bağlantı ilə qoşulan M.Fətəliyeva başına gələnlərdən, koronavirusun ilk simptomlarından danışıb.
Dadaş Dadaşlinkisinin xəstəliklə, onun müalicəsi ilə bağlı ünvanladığı suallara ətraflı cavab verən M.Fətəliyeva evdə müalicə aldığını deyib. Həmçinin qəbul etdiyi dərmanların hazırda Fransada belə müzakirə mövzusu olduğunu bildirib.
Dadaşlinki Fransada hökm sürən indiki vəziyyət, karantin rejimi ilə də bağlı suallar verərək onlara ətraflı cavab alıb.