Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 11:05
Bakı. Trend:
NARGIS nəşriyyat evi hər kəs üçün bu çətin günlərdə həmyerlilərimizin qayğısına qalmaq və #EvdəQal aksiyasına dəstək vermək məqsədi ilə jurnalın rəqəmsal versiyasını oxuyuculara pulsuz təqdim edir.
Nəşriyyat evindən Trend-ə bildirilib ki, "Arzu" mövzusuna həsr olunmuş aprel buraxılışının www.nargismagazine.com - jurnalın rəsmi saytından PDF versiyasını yükləmək mümkündür. Jurnalda aktrisa, model, "Bondun sevgilisi" Olqa Kurilenko ilə eksklüziv müsahibəni oxumaq, yaz mövsümünün dəbli trendləri ilə tanış olmaq, astroloqun aprel ayı üçün proqnozlarını və psixoloqdan faydalı məsləhətləri öyrənmək, dünyanın ən yaxşı tamaşalarının və digər mədəniyyət proqramlarının onlayn rejimdə harada və nə vaxt izlənilməsi barədə məlumat əldə etmək, həmçinin Travel Blog Love, Nargis rubrikasını oxuyaraq xəyali səyahətə çıxmaq olar.
Sizi moda, sənət və mədəniyyət dünyasından maraqlı xəbərlər gözləyir! Bundan başqa, saytda jurnalın arxivi mövcuddur: NARGIS jurnalının istənilən rəqəmsal sayını onlayn oxuya bilərsiniz. Jurnalın tam 70 buraxılışı saytda yerləşdirilmişdir! Koronavirus pandemiyası səbəbindən məcburi təcrid və karantin müddətində jurnalın növbəti buraxılışları da hər kəsə açıq olacaqdır!
NARGIS – həyat, mədəniyyət, sənət, moda haqqında jurnaldır. Jurnal 2012-ci ildən bəri çap formatında nəşr olunur və Azərbaycan, rus və ingilis dillərində elektron versiyası mövcuddur. Jurnalın baş redaktoru Ülviyyə Mahmudovadır.
Aktiv yükləmə linki – https://www.nargismagazine.az/#issue_70