Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 11:28
"İordaniya və Azərbaycanla oyunlar asan olmayacaq. Belə səviyyəli komandamızla hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz".
Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin futbolçusu Pavol Şafranko İordaniya ilə yoxlama oyunu və Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla matç öncəsi deyib.
Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan 24 yaşlı hücumçu bildirib ki, seçmə mərhələdə Azərbaycanla görüş uğur qazanmaq baxımından vacibdir: "Fiziki və psixoloji cəhətdən yaxşı istirahət etmişəm. Yeni mövsümə hazıram".
Qeyd edək ki, Slovakiya iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.