Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus qanla yoluxmur

Koronavirus qanla yoluxmur

Tarix: 9 Aprel 2020 20:36

"Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur".

TƏBİB-dən bildirilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma halı rast gəlinməyib. Bundan başqa, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.

Bildirilib ki, hazırda Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyası səbəbindən bir müddətdir ki, Qan Bankı qan ehtiyatı çatışmazlığı ilə üzləşib.


Etiketlər:  Koronavirus qanla yoluxmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ