Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər koronavirusun müalicəsində bu dərmandan İMTİNA ETDİ

Həkimlər koronavirusun müalicəsində bu dərmandan İMTİNA ETDİ

Tarix: 10 Aprel 2020 07:36

İsveç ABŞ və Rusiyanın koronavirus testlərini rədd edib: əks təsirləri səbəbilə xəstəxanalar antimalarial dərman - xlorokinin istifadəsini dayandırıb.

Sonxeber.net xəbər verir ki, qərar bir neçə xəstənin əzələ ağrısı, görmə qabiliyyətinin zəifləməsi və miqren şikayətlərindən sonra qəbul edilib. Qeyd olunur ki, bəzi insanlarda xlorokin tabletləri qəbul etmək ürək problemlərinə və hətta infarkta səbəb ola bilər.

Avropa, ABŞ və Çin həkimləri dərmanı ağır xəstələrdə sınaqdan keçirmək üçün lisenziya alıb, lakin Böyük Britaniya klinik sınaqlar başa çatana qədər xlorokin istifadə etməməyə çağırıb. London İmperial Kollecinin anesteziya və reanimasiya şöbəsinin müdiri, professor Entoni Qordon dərmanın koronavirusun müalicəsində kömək etdiyinə dair hələ də inandırıcı dəlil olmadığını söyləyib.

Xatırladaq ki, antimalarial dərmanı COVID-19 ilə mübarizədə istifadə etmək barədə ilk qərar Çində aparılan araşdırmalardan sonra qəbul edilib.

Mart ayının əvvəlində "Banner Health" sağlamlıq təşkilatı xlorokin dərmanını yeni növ koronavirusun müalicəsi üçün ölümcül adlandırmışdı. "İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, amma istənilən dərman bu problemi həll etməyəcək" deyə ABŞ-ın Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks açıqlama yayıb.

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib, 88 338 nəfər ölüb, 328 661 nəfər sağalıb. ABŞ yoluxmuş insanların sayına görə (429 mindən çox) birinci yerdədir, 14 mindən çox şəxs isə ölüb. (publika.az)


Etiketlər:  Həkimlər koronavirusun müalicəsində dərmandan İMTİNA ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ