Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 22:06
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".