Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 04:28
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 8 nəfər dünyasını dəyişib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, paytaxtda koronavirusdan ölənlərin ümumi sayı 58 nəfərə çatıb.
Bildirilir ki, ölənlər 39-84 yaşlarında olublar. Onların hamısının başqa xəstəliklər də olub.
Qeyd edək ki, Rusiyada 11 917 nəfər koronavirusa yoluxub, 102 nəfər isə dünyasını dəyişib.