Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 21:22
Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Moranlı kənd sakini, 1997-ci il təvəllüdlü Camallı Camal Mirzə oğlu Şirvan və Sabirabad ryaonlaını birləşdirən Kür çayı üzərindəki körpünün üzərinə çıxaraq oradan özünü çaya atamaq istəyib.
Valideynləri ilə mübahisə edən 23 yaşlı gənclə Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin bölmə rəisi polis polkovniki İsmayıl Hacıyev psixoloji söhbətdən sonra onu fikrindən daşındırıb. Polis şöbəsinə dəvət olunan gənclə profilaktik söhbət aparılıb.