Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''UEFA mövsümü tamamlamağın mümkün olmadığını anlamağa başlayır''

''UEFA mövsümü tamamlamağın mümkün olmadığını anlamağa başlayır''

Tarix: 11 Aprel 2020 22:14

"UEFA bu mövsümü tamamlamağın mümkün olmadığını anlamağa başlayır".

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri belçikalı virusolaq Mark Van Ranst deyib.

O, UEFA nümayəndələri ilə əlaqə saxlayaraq Belçikada bu mövsümünün ləğv olunması variantını müzakirə edib. Van Ranst qurum rəsmiləri ilə danışdıqdan  sonra bu qənaətə gəldiyini söyləyib:

 "Heç kim Belçika klublarının çempionatının davamından imtina etmək qərarını ittiham edə bilmir. Çempionatın yenidən başlaması üçün 3-4 həftəlik hazırlıq lazımdır. Buna görə də indiki mövsümün tamamlanması real görünmür".

Qeyd edək ki, Belçika mətbuatı Yüksək liqada mövsümün tamamlanmayacağını yazıb. 70 xalla lider olan "Brügge"nin çempion elan ediləcəyi, ikinci pillədəki "Gent"in Çempionlar Liqasına vəsiqəni təmin edəcəyi iddia olunub.

 


Etiketlər:  UEFA mövsümü tamamlamağın mümkün olmadığını anlamağa başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ