Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər və axşam yeməyi arasında 10 saat fasilə verin - Sağlamlığın yeni düsturu

Səhər və axşam yeməyi arasında 10 saat fasilə verin - Sağlamlığın yeni düsturu

Tarix: 12 Aprel 2020 21:33

Səhər yeməyi ilə axşam arasında 10 saatlıq fasilə vermək diabet, ürək-damar, maddələr mübadiləsi pozulmalarının qarşısını alır.

Xüsusən maddələr mübadiləsi zəif olanlar və preddiabet, şəkər ərəfəsində olanlar bu rejimdə qidalanmaya keçməlidirlər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Kaliforniya və Solka Universitetinin tədqiqat qrupu pilot araşdırmalarının nəticələrini dərc ediblər.

Tədqiqatda 19 pasiyent iştirak edib. Onlar diabet xəstəliyi ərəfəsində idilər.

Metobolik sindromdan əziyyət çəkən bu insanlardan tələb olunur ki, 12 həftə ərzində səhər yeməyi ilə axşam naharı arasındakı intervalı 10 saata çatdırsınlar.

Bununla belə pasiyentlərə icazə verilmişdi ki, səhər yeməyi saatını özləri seçsin. Bir neçə nəfərt gec oyanıb gec səhər yeməyi yemişdi, digərləri tezdən.
Amma hər iki halda sonrakı yemək 10 saat sonra olmalıydı.

Digər 5 nəfər isə adət etdikləri rejimdə, istədikləri qədər və saatda yemək qəbul etməkdə sərbəst qaldılar.

Nəticədə sutkada 12 saatdan çox qidasız qalan iştirakçılarda çəki 3% azaldı, xüsusən bel piylənməsində azalma oldu və yuxuları normallaşdı.

Digər müsət dəyişikliklərdən: təzyiqin düşməsi, qanda xolesterinin azalması, aclıq şəkərinin düşməsi, əhvalın yaxşılaşması, qəbul etdikləri dərmanlarının dozasının azaldılması baş verdi.

Alimlər hesab edir ki, bu tədqiqat daha çox sayda xəstə üzərində geniş araşdırılmalıdır. Bu qaydada qidalanma hər bir insan üçün əlçatandır və çətinlik yaratmır.


Etiketlər:  Səhər axşam yeməyi arasında saat fasilə verin Sağlamlığın yeni düsturu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ