Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 16:44
Bakı. Trend:
Hindistan hökuməti koronavirus epidemiyası ilə əlaqədar ölkədə çıxılmaz vəziyyətdə qalmış əcnəbi vətəndaşların vizasını aprelin 30-dək ödənişsiz şəkildə uzadıb.
Tend-in məlumatına görə, vizanın müddəti əcnəbi vətəndaş onlayn formada müraciət etdikdən sonra uzadılacaq.
Bu qərar fevralın 1-dən başlayaraq viza müddəti bitən şəxslərə aiddir.
Qeyd edək ki, aprelin 30-dək Hindistan ərazisində ciddi özünütəcrid rejimi elan edilib. Bu günədək ölkədə 9 240 nəfər koronavirus yoluxub, 331 nəfər vəfat edib.