Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmələr bu qərarı da çıxara biləcək

Məhkəmələr bu qərarı da çıxara biləcək

Tarix: 13 Aprel 2020 17:32

Məhkəmə şərti məhkumluğu ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad edə biləcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edərkən deyib.

Bununla da məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq aradan qaldırılır.

Deputat bildirib ki, bu dəyişikliyə qədər məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı.

Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkumetməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin.


Etiketlər:  Məhkəmələr qərarı çıxara biləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ