Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ayntraxt” azarkeşlərinin bilet jesti - Video

“Ayntraxt” azarkeşlərinin bilet jesti -  Video

Tarix: 31 May 2019 18:52

Xəbər veriyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının final oyunu öncəsi “Ayntraxt”ın azarkeşləri xeyirxah aksiya keçiriblər.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxtımıza göndəriblər.

“Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 ədəd bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə olan uşaqlara hədiyyə olunub.

Bununla bağlı qısa videoçarxı diqqətinizə çatdırırıq:


 


Etiketlər:  Ayntraxt azarkeşlərinin bilet jesti Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ