Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 23:18
Dermatoloqlar bildirib ki, tez-tez əllərin sabunla yuyulması və antiseptiklərin istifadəsi dərini həddən artıq qurudur.
Sonxeber.net xəbər verir ki, bu barədə tibb elmləri namizədi, V.A.Raxmanov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dəri və Cinsi Yoluxucu Xəstəliklər kafedrasının dosenti Lyudmila Smirnova məlumat verib.
Həkimin sözlərinə görə, əlləri dezinfeksiya etmək üçün antiseptiklərdən gündə iki dəfədən çox istifadə etmək olmaz. Eyni zamanda, dezinfeksiyaedici dərmanlardan yalnız ictimai yerlərdə olanlara istifadə etmək tövsiyə olunur.
Həkim həmçinin hər beş dəqiqədə əl yumamağı məsləhət gördü. O, qeyd edib ki, belə prosedurların optimal sayı gündə altı dəfədən çox olmamalıdır.
Kosmetoloq Qalina Kaştanova öz növbəsində, tərkibində xlor olan xlorhexidin kimi dərmanlarla virusla mübarizə aparmağa çalışanlarda dəri problemləri meydana gəldiyini bildirib. Bundan əlavə, o, qoruyucu kremlərdən istifadənin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı əlləri müntəzəm yuyub təmizləməyi və koronavirusdan qorunmaq üçün spirt əsaslı antiseptiklərdən istifadəni tövsiyə edir. Əl gigiyenası qrip və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün görülən ən effektiv üsuldur.
"Sabun virusları aradan qaldırır. Əllərinizi sabun və su ilə yumaq mümkün deyilsə, tərkibində spirt tərkibli və ya dezinfeksiya edən salfetlər istifadə edin" , - deyə mütəxəssislər bildirirlər. (publika.az)